Putin saat 19:00-a TƏCİLİ İCLAS çağırdı – Peskovdan Açıqlama

14:49 - 30 Oktyabr 2023

Putin saat 19:00-a TƏCİLİ İCLAS çağırdı – Peskovdan Açıqlama

Rusiya prezidenti Vladimir Putin təcili toplantı keçirəcək.

 

Manset.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüşdə Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdləri müzakirə olunacaq.

“İclas saat 19:00-da baş tutacaq. Daha sonra Putinin ictimai çıxışı olacaq”, - deyə Peskov konfrans zamanı bildirib.

Onun sözlərinə görə, iclasda Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və başqaları iştirak edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az