Sentyabrın 28-də Qərbi Afrika ölkəsi olan Nigeriyanın Taraba əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində itkin düşən 70 nəfər hələ də tapılmayıb.
Manset.az TheCable qəzetinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Taraba dövlət katibi Yusuf Dan-Asabe məlumat verib.
Məlumatda bildirilir ki, Qayıqda olan 70 nəfərin hələ də itkin olduğunu bildirən Dan-Asabe, qəza bölgəsində indiyədək 12 nəfərin sağ-salamat xilas edildiyini bildirib.
Dan-Asabe bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.
Qeyd edək ki, Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşıb.
Qəzadan sonra başladılan xilasetmə işləri zamanı 15 nəfərin cəsədi tapılıb.
Jalə
Manşet.az