Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Bohum, Kastro-Rauxel və Reklinqhauzen şəhərlərindəki 3 məscidə irqçi təhdidləri ehtiva edən paketlər göndərilib.
Manset.az TRTHaber-ə istinadən xəbər verir ki, Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) bildirib ki, bağlı məscidlərə göndərilən paketlərdə Türk və Alman dillərində irqçi təhdid və təhqirlər, yandırılmış Quran səhifələri, donuz əti və nəcis də olub.
Sözügedən bağlamalar poçtla 27 oktyabr cümə günü Castrop-Rauxel Mövlana məscidinə, 28 oktyabr şənbə günü Recklinghausen Mərkəzi Məscidinə və 30 oktyabr bazar ertəsi Bohum Mərkəzi Məscidinə göndərilib.
Paketləri göndərənlərə qarşı cinayət işi açılıb.
DİTİB Bochum Mərkəzi Məscidi Başçısı Adnan Akçay, DİTİB Recklinghausen Mərkəzi Məscidi Başçısı Hayri Yılmaz və DİTİB Castrop-Rauxel Mövlana Məscidi Başçısı Kubilay Çorbacı birgə bəyanatında baş vermiş hadisədən dərin kədərləndiklərini bildiriblər.
Məscidlərə edilən hücumların ən sərt şəkildə pisləndiyi bəyanatda bunlar qeyd edilib:
"Həmişə olduğu kimi, təxribatlara qarşı ləyaqətli və ağıllı mövqeyimizdən güzəştə getməyəcəyik. Bu iyrənc hücum həm bizi, həm qonşularımızı çox kədərləndirdi. Həm biz, həm də ictimaiyyətimiz narahatçılıq keçiririk. Oxşar hücumların davam etməsi cəmiyyətdə ciddi narahatlıq yaradacaq. Hadisəni törədən və ya edənlər tez bir zamanda tutulmalıdır. Onun məsuliyyətə cəlb olunmasını tələb edirik".
Jalə
Manşet.az