İsrailin dünyanı ayağa qaldıracaq planı: Ordu sənədləri internetə sızdı

10:03 - 31 Oktyabr 2023

İsrailin dünyanı ayağa qaldıracaq planı: Ordu sənədləri internetə sızdı

İsrailin 2 milyon fələstinlini deportasiya etməyi planlaşdırması barədə sosial mediayaya sənədlər sızdırılıb.

 

Manset.az-ın xarici mediaya istinatən məlumatına görə, İsrail Kəşfiyyat Nazirliyinə aid bu sənədlərdəki iddiaların doğruluğu sübuta yetirilməyib.

1. Fələstinli mülki əhali Qəzzanın şimalını boşaltmağa və quru əməliyyatlarına icazə verməyə çağırılacaq.

2. Qəzzanın şimalından cənubuna ardıcıl quru əməliyyatları həyata keçiriləcək.

3. Marşrutlar bütün Rəfah boyunca açıq qalacaq ki, onlar köç edə bilsinlər.

4. Şimali Sinayda “çadır şəhərlər” qurulacaq və fələstinliləri Misirə yerləşdirmək üçün şəhərlər salınacaq.

Hələlik İsraildən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az