Həyatları sənədli filmə çevrilən ailədən xəyanət xəbəri

18:06 - 31 Oktyabr 2023

Həyatları sənədli filmə çevrilən ailədən xəyanət xəbəri

Dünya TV və TRT Sənədli filmində tamaşaçıların yaxşı tanıdığı “Böyük Ailə Təsərrüfatı” verilişinin baş qəhrəmanı Amanda Ouenin ərini veb-dizaynerlə aldatdığı üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amandanın sevgilisi, veb-dizaynerə yazdığı məktub onun həyat yoldaşı Yasumi tərəfindən tapılıb.

Məktubda: "Robert, həyat çox qısadır və xoşbəxtlik çox nadirdir. Mən səni sevirəm", - ifadələri yer alıb.

Qeyd edək ki, Amanda və Klayv Ouen ailə həyatı, təsərrüfat həyatı və 9 uşaqları ilə birgə Britaniya mətbuatının marağına səbəb olmuşdu. "Böyük Ailə Təsərrüfatı" proqramı İngiltərənin Şimali Yorkşir bölgəsində 2000 hektar ərazidə əkinçiliklə məşğul olan 46 yaşlı Amanda və 71 yaşlı Klayv Ouenin həyatlarını səmimi şəkildə izləyicilərə çatdırılıb. Qoyun yetişdirmək, doğuş, təhsil, yemək bişirmək, təmizlik etmək kimi gündəlik işləri eyni zamanda təbiətlə təmasda böyüyən 9 övladının sərgüzəştləri sənədli film kimi bütün dünyada izlənilib.

buyuk-aile-cifligindeki-ihaneti-ask-notlari-ortaya-cikardi-9-cocuklu-kadin-kocasini-aldatti-yenicag7.jpg

buyuk-aile-cifligindeki-ihaneti-ask-notlari-ortaya-cikardi-9-cocuklu-kadin-kocasini-aldatti-yenicag6.jpg

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az