Yəmən və Misir tərəfini bəlli etdi: “Milyonlarla canı fəda etməyə hazırıq”

10:33 - 01 Noyabr 2023

Yəmən və Misir tərəfini bəlli etdi: “Milyonlarla canı fəda etməyə hazırıq”

Gündən-günə şiddətlənən İsrail-Fələstin münaqişəsinə daha bir ölkə qoşulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari Fələstinin tərəfində olduqlarını və İsrailə müharibə elan etdiklərini bütün dünyaya bəyan edib.

Sari, həmçinin, Qırmızı dəniz üzərindən çoxlu raket və İHA ilə İsrailə qarşı hücumlar həyata keçirdiklərini açıqlayıb.

Yəmənin müharibəyə girməsindən sonra Misirdən daha bir diqqətçəkən açıqlama gəlib. Misirin baş naziri Mustafa Madbuli 2014-cü ildən bəri Sinay yarımadasına edilən investisiyalara və bölgənin Misir üçün əhəmiyyətinə toxunub.

Madbuli “Biz misirlilər, Sinay torpağındakı hər qum dənəsi üçün milyonlarla canı fəda etməyə hazırıq. Misir ona nəyinsə tətbiq edilməsinə icazə verməyəcək. Biz regional məsələlərin bizim əleyhimizə aradan qaldırılmasına və həll olunmasına imkan verməyəcəyik”, ifadələrinə yer verib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az