İsrail ordusu oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağında 11 mindən çox yeri vurduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vurulan hədəflərin HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qəssam Briqadalarına aid hərbi nöqtələr olduğu iddia edilib.
Həmçinin qeyd olunub ki, İsrail qüvvələri Qəzza zolağında "quru fəaliyyətlərini" davam etdirir.
Ordunun yayımladığı şəkildə İsrail əsgərləri və zirehli texnikası xarabalıqlar içində olan Qəzzanın kənarında görünür.
Əfsanə
Manşet.az