İsrail-Fələstin arasındakı qarşıdurmaların şiddətləndiyi bir vaxtda Əl-Qassam Briqadasının sözçüsü Əbu Ubeyde Tel-Əviv rəhbərliyinə bir daha meydan oxuyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əbu Ubeyde İsrailin quru əməliyyatı ilə bir əsgəri xilas etdiyinə dair açıqlamasını təkzib edib.
Əbu Ubeyde bildirib ki, İsrailin İzzəddin Əl-Qəssamın əlində olan məhbusa çatması mümkün deyil:
“Əgər Benyamin Netanyahu bir aylıq savaşdan sonra bir əsgərin azad edilməsi ilə öyünür və qeyd edirsə Qəzzadakı qalan məhbuslari bu üsuldan istifadə edərək onu xilas etməsi 20 il çəkər. Bu müharibə ilə Netanyahunun Qəzzada böyük qələbəsi iflasa uğradı, dolayısı ilə bu, onun siyasi gələcəyinə son qoyacaq. Və Allahın qüdrəti ilə bu qəsbkar varlığın sonunun başlanğıcı olacaq. Netanyahu və əsgərlərinə müharibənin sonunda diz çökəcəkləri ilə bağlı müjdə veririk. Bu müharibədə qurtuluş savaşısın başlanğıcını və işğalın sonunu görürük. Allahın yardımı və gücü ilə hələ edəcəyimiz çox şey var. Və söz verdiyimiz kimi, Qəzza işğal əsgərləri və siyasi rəhbərliyi üçün qəbiristanlıq olacaq”.
Əfsanə
Manşet.az