Norveç və ABŞ şirkətləri razılaşdı - Yerdən Havaya Raket Sistemi hazırlayacaqlar

15:10 - 01 Noyabr 2023

Norveç və ABŞ şirkətləri razılaşdı - Yerdən Havaya Raket Sistemi hazırlayacaqlar

Norveç Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ-ın “Raytheon” şirkəti ilə Norveçin “Kongsberg Defence & Aerospace” arasında müqavilə imzalanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müqaviləyə əsasən, iki şirkət Norveçin "Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemi"nin (NASAMS) inkişafı üzərində birgə işləyəcək.

Norveç Müdafiə naziri Byorn Arild Qram verdiyi açıqlamada, "Mülki və hərbi hədəfləri havadan gələn təhdidlərdən qorumaq üçün hava hücumundan müdafiə sistemimizi gücləndirməli və genişləndirməliyik. Ukraynadakı müharibə hava hücumundan müdafiə sisteminin əhəmiyyətini göstərdi" deyib.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az