Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında görüş keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransında İsrail-Fələstin münaqişəsi haqqında açıqlamalar verilib.
Fidan Türkiyənin mülki şəxslərə heç bir zərər verməsini qəbul etmədiyini ifadə edib:
“Fələstindəki qeyri-qanuni mühasirə hələ də davam edir. İsrail zorakılığa son qoymalıdır. Günahsız mülki şəxslərə qarşı hücumları bəyənmədiyimizi hər platformada ifadə etmişik. İsrail anlamalıdır ki, təhlükəsizliyi zorakılıqla təmin etmək olmaz”.
Fidan həm Fələstin, həm də İsrail üçün təhlükəsizlik və sülhə nail olmağın yolunun iki dövlətli həlldən keçdiyini qeyd edib.
Abdullahiyan isə müharibə ən qısa zamanda dayandırılmazsa, bölgənin şərtləri bütün tərəflərin nəzarətindən çıxacağını və bunun məsuliyyətinin ABŞ, İsrail və müharibə cinayətlərini dəstəkləyənlərin üzərinə düşəcəyini bildirib.
Əfsanə
Manşet.az