Rusiya Ukrayna yaşayış məntəqələrini atəşə tutub

18:35 - 01 Noyabr 2023

Rusiya Ukrayna  yaşayış məntəqələrini atəşə tutub

"Rusiya son 24 saatda Ukraynanın 10 bölgəsində 118 yaşayış məntəqəsinə hücum edib."

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Naziri İqor Klimenko sosial media hesabından məlumat verib.

Rusların Dnepropetrovsk vilayətinin Nikopol rayonuna artilleriya birlikləri ilə 3 hücum təşkil etdiyini bildirən Klimenko, Rusiyanın Xerson vilayətində gecə saatlarında həyata keçirdiyi hücumlarda 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını qeyd edib. Nazir Klimenko Rusiyanın Nikolayev bölgəsində həyata keçirdiyi hücumlarda evlərin də zərər gördüyünü bildirib.

Həmçinin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) və X-59 idarə olunan raketləri ilə gecə saatlarında Ukraynanın kritik infrastruktur və hərbi obyektlərinə hücum etdiyi bildirilib.

O,  raket və PUA-ların bir hissəsinin Rusiyanın Kursk bölgəsindən, qalan hissəsinin isə Primorsk-Axtarsk istiqamətindən göndərildiyi, gecə hücumu zamanı Ukraynanın əksər bölgələrində hava hücumu həyəcanı verildiyi bildirilib.

Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın gecə hücumlarında istifadə etdiyi 20 “Şahed” tipli PUA-dan 18-ni vurduğu və bir ədəd X-59 idarə olunan raketini məhv etdiyi qeyd edilib.

Jalə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az