Engin və Dilan Polat cütlüyünün vəkili də həbs edildi

17:56 - 02 Noyabr 2023

Engin və Dilan Polat cütlüyünün vəkili də həbs edildi

Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polata qarşı əməliyyatla bağlı yeni detal üzə çıxıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, haqlarında həbs qərarı olan, lakin qaçaq sayılan 13 şübhəlidən biri saxlanılıb.

Həmin şəxsin Polat cütlüyünün vəkili Haydar Enes Çetinkaya olduğu bildirilib.

Qeyd edək ki, Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Saxlanılanlar arasında Engin Polatın nənəsi Zehra Yılmaz da olub.

Lakin Yılmazın polis bölməsində ifadəsi alındıqdan sonra prokurorluğun qərarı ilə səhhətində yaranan problemlə əlaqədar sərbəst buraxıldığı məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az