İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verdi

17:40 - 02 Noyabr 2023

İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verdi

Timor adasının (İndoneziya) cənub-qərb hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata əsasən, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 39 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 6,1 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin mənbəyi 36,1 km dərinlikdə olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az