Şotlandiyanın baş naziri Həmzə Yusifin ailəsi günlər sonra qapalı qaldıqları Qəzza şəhərindən çıxa bilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yusif bu barədə sosial şəbəkədə məlumat yayıb.
Şotlandiyanın baş naziri Həmzə Yusifin qayınatası və qayınanası müharibənin başlamasından sonra qapalı qaldıqları Qəzzadan günlər sonra çıxa bilib.
Qeyd edək ki, Yusif verdiyi açıqlamada Fələstinli həyat yoldaşı Nadia El-Naklanın Şotlandiyada yaşayan valideynlərinin 92 yaşlı xəstə anasını ziyarət etmək üçün Qəzzada olduğunu bildirmişdi. Şotlandiya baş naziri Qəzzanı tərk edə bilməyən qayınanası və qayınatasının sağ qalıb-qalmamasından narahat olduqlarını vurğulamışdı.
Əfsanə
Manşet.az