Elon Musk, süni intellekt şirkəti xAI-nin sabah ilk texnologiyasını təqdim edəcək

18:55 - 03 Noyabr 2023

Elon Musk, süni intellekt şirkəti xAI-nin sabah ilk texnologiyasını təqdim edəcək

Tesla və SpaceX-in baş direktoru Elon Musk şənbə günü seçilmiş qrup üçün yeni süni intellekt şirkəti xAI-nin ilk texnologiyasını təqdim edəcəyini açıqlayıb.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, X sosial media platformasındakı yazısında Mask, xAI-nin seçilmiş qrupa "ilk süni intellektini" təqdim edəcəyini bildirdi.

Şirkətin sözügedən texnologiyası ilə bağlı Musk, "Bəzi mühüm cəhətlərdən bu, hazırda mövcud olan ən yaxşısıdır" dedi. qiymətləndirməsini edib.

Maskın yeni süni intellekt şirkəti xAI iyul ayında təsis edilib.

Şirkətin saytında verilən açıqlamada, xAI-nin məqsədinin "kainatın əsl mahiyyətini anlamaq" olduğu qeyd edilib.

Açıqlamada, xAI komandasının Tesla və SpaceX-in baş direktoru Musk tərəfindən idarə edildiyi və komanda üzvlərinin əvvəllər DeepMind, OpenAI, Google Research, Microsoft Research, Tesla və Toronto Universitetində çalışdıqları bildirilib.

Açıqlamada, komandanın süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, yenilikçi texnika və təhlillər təqdim etdiyi və bu sahədə ən böyük ixtiraların inkişafına öncülük etdiyi bildirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az