İsrail Qəzzada həlak olan əsgərlərinin sayını açıqladı

22:01 - 03 Noyabr 2023

İsrail Qəzzada həlak olan əsgərlərinin sayını açıqladı

Qəzza zolağında baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 25-ə yüksəlib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az