İsrail xüsusi xidmət orqanları xaricdə israillilərə qarşı hücum cəhdlərinin qarşısını alıb

21:59 - 04 Noyabr 2023

İsrail xüsusi xidmət orqanları xaricdə israillilərə qarşı hücum cəhdlərinin qarşısını alıb

İsrail xüsusi xidmət orqanlarının əməkdaşları ölkə xaricində israillilərə qarşı bir neçə hücumun qarşısını ala biliblər.

 

Manset.az xəbər verir ki, bu barədə İsrailin “Kan” ictimai telekanalı məlumat yayıb.

Telekanalın təhlükəsizlik xidmətlərindəki mənbəsinin bildirdiyinə görə, bəzi hücumlar kortəbii olaraq planlaşdırılıb, digərləri isə radikal qrupların üzvləri tərəfindən hazırlanıb.

Konkret hansı hücumların planlaşdırıldığı, onların sayı və qarşısının alınması üsulları barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az