Rusiyanın Xalq artisti Filipp Kirkorov "Diva" adlı tablonu 700 min rubla (təxminən 12 min 816 manat) alıb.
Manset.az xəbər verir ki, satış hərrac çərçivəsində baş tutub. İfaçı auksionda iştirak edərək sözügedən məbləği təklif edib.
Hərracda toplanan pullar valideyn himayəsindən məhrum olan gənc istedadları dəstəkləmək məqsədi ilə yaradılan “Sən supersən!” Fondunun hesabına köçürüləcək.