ABŞ-ın Dövlət katibi Antoni Blinken Türkiyədən sonr İraqa səfər edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani və ölkənin xarici siyasət idarəsinin rəhbəri Fuad Hüseynlə görüşmək üçün Bağdada gedib.
ABŞ-ın dövlət katibi İraqa hərbçilərin müşayiəti və hərbi helikopterlə yollanıb. Onun üzərində gülləkeçirməz jiletin olması da diqqətdən qaçmayıb.
