ABŞ senatoru "Azad Fələstin" ideyasına qarşı çıxdı: “Çaydan dənizə ideyası dəyişməlidir”

11:35 - 06 Noyabr 2023

ABŞ senatoru \"Azad Fələstin\" ideyasına qarşı çıxdı: “Çaydan dənizə ideyası dəyişməlidir”

ABŞ-ın respublikaçı senatoru Lindsey Graham İsrail ordusunun qanlı hücumlarına məruz qalan Qəzza ilə bağlı fikirlərini bölüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, senator Graham Fələstinin azad olması ideyasını dəstəkləmədiyini bildirib.

Graham CNN İnternational yayımına müsahibəsində "Məncə, bu, İsrail və HƏMAS arasında hərtərəfli bir müharibədir" deyib. 

Günahsız insanları "mümkün olduğu qədər" qorumaq istədiyini açıqlayan Graham Qəzza zolağında yaşayanları "radikal əhali" kimi xarakterizə edib:

Qəzzada əhalinin 80 faizi “çaydan dənizə” ideyasını dəstəkləyir. Bu dəyişmək məcburiyyətindədir. Bu asan olmayacaq”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az