Çin İsrailin Qəzzaya hücumları nəticəsində mülki əhali arasında itkiləri "humanitar fəlakət" kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti "faciəyə son qoymağa" çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin İsrailin həftə sonu Şifa xəstəxanası önündəki təcili yardım karvanına, əl-Mağazi və əl-Şati qaçqın düşərgələri və Birləşmiş Millətlər Təşkilatı (BMT) himayəsindəki əl-Fakura məktəbinə təşkil etdiyi hücumlarla bağlı dəyərləndirmə aparıb.
Vanq münaqişənin çoxu mülki olmaqla 11 mindən çox insanın ölümünə səbəb olduğuna və son günlər başda Fələstin tərəfində mülki itkilərin artdığına diqqət çəkib.
Buldirib ki, hazırda Qəzzada humanitar fəlakət yaşanır. Bu, vicdanla bağlı bir vəziyyətdir. Beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulmasıdır. Beynəlxalq ictimaiyyət belə faciənin davam etməsinə imkan verməməlidir.
Əfsanə
Manşet.az