ABŞ dövlət katibi Antoni Blinken dünən Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı maraqlı hadisə yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüşdən əvvəl ikili kameralar qarşısına keçərkən nazir Fidanın onu qucaqlamaq istəyən amerikalı həmkarını məharətlə əngəlləməsi diqqət çəkib.
Nazir Fidanın Blinkenə qarşı bu addımı böyük əks-səda doğursa da, hadisənin pərdəarxası qısa zamanda üzə çıxıb.
Jurnalist Hande Fıratın “Hürriyyət”də yer alan xəbərinə görə, Blinkenin maşını Xarici İşlər Nazirliyinin qapısına çatanda hər qonaq gələn nazirdə olduğu kimi Hakan Fidan aşağı enərək nazirliyin qapısı önündə çıxıb. Lakin Blinken maşından düşməyib. Telefonla danışan Blinken maşından düşməyəndikdə Fidan geri dönüb içəri girib. Diplomatik ədəbsizlik nümayiş etdirən Blinkeni içəridə qarşılayan Fidan ABŞ dövlət katibinin onu öpmək cəhdini usta manevrlə yayındırıb.
Əfsanə
Manşet.az