Ceyms Uebb adına Kosmik Teleskopu ulduz doğuşunun inanılmaz görüntüsünü çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, HH12 adlı protostar Yerdən təxminən 1300 işıq ili uzaqlıqda yerləşir. Elm adamları bu görüntünün ulduzların necə əmələ gəldiyinə dair yeni ipuçları verəcəyinə ümid edirlər.
BBC-nin məlumatına görə, HH12-nın təxminən 50 min il yaşı var. NASA tərəfindən yayımlanan görüntüdə qaz və toz diskinin içərisində gizlənən protoulduzun özünün parıltısını deyil, əks istiqamətlərə yaydığı çəhrayı-qırmızı şəfəqləri göstərir.