Türkiyəli məşhur müğənni Sərdar Ortaç var-dövlətini kimə buraxacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən axşam aktyor və şoumen Mehmet Ali Erbil ilə görüşən Ortaç mal varlığını işçilərinə verəcəyini bildirib.
Sərdar Ortaç açıqlamasında "15 milyon TL borcumu ödədim, şükür, sıfırlandı. İndi özüm üçün çalışmaq vaxtıdır. İnşallah bu dəfə pulu saxlayacam. Ailəm, uşağım yoxdur. Ona görə də işçilərə verəcəm. Artıq ev var. Paylaşacaqlar" ifadələrinə yer verib.
Əfsanə
Manşet.az