Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci, İsrailin noyabrın 5-də Qəzzanın mərkəzindəki Əl-Meqazi Qaçqınlar Düşərgəsinə Anadolu Agentliyinin (AA) operatoru Məhəmməd əl-Alula başsağlığı verib.
Bu barədə Manset.az TRT Haber-ə istinadən xəbər verir.
AA-nın operatoru Əl-Alulun hava hücumları nəticəsində 4 övladı və 3 bacısını itirdiyi xəbərini gördüklərini ifadə edən Vellucci, "Bunun üçün çox üzülürük, həmkarınıza və ailəsinə başsağlığı veririk" deyib.
Vellucci bildirib ki, əl-Alul Qəzzada qohumlarını itirən ilk jurnalist olmadığı üçün təəssüflənir.
Fələstin-İsrail münaqişəsində əllərindən gələni etməyə çalışdıqlarını qeyd edən Vellucci xatırladıb ki, dünən BMT-nin baş katibi Antonio Quterreş çox yüksək səslə mülki əhalinin, xəstəxanaların, BMT obyektlərinin, sığınacaqlarının və məktəblərin müdafiəsi çağırışını təkrarlayıb.
Jalə
Manşet.az