Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı açıqlandı

10:37 - 10 Noyabr 2023

Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı açıqlandı

Qəzza zolağında quru əməliyyatında ölən İsrail hərbçilərinin sayı 36-ya çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, dünən (noyabrın 9-da) Qəzza zolağının şimalında HAMAS-a qarşı döyüşlər zamanı daha bir İsrail əsgəri həlak olub.

Baş Çavuş rütbəli 21 yaşlı Gilad Rozenblit 401-ci Zirehli Briqadanın 52-ci Batalyonunun hərbi sanitarı olub. Onun ölümü ilə Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan hərbçilərin sayı 36-ya çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az