Ərdoğan sabah Ər-Riyada gedir

22:27 - 10 Noyabr 2023

Ərdoğan sabah Ər-Riyada gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

 

Manset.az  xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 8-ci Zirvə Görüşündə iştirak edəcək.

Görüşdə İsrail və HƏMAS arasında gedən toqquşma müzakirə ediləcək. Sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək. Görüş çərçivəsində Türkiyə liderinin liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az