Ukrayna vətəndaşı Antalyada pulunu oğurlayan azərbaycanlıları öldürdü - VİDEO

20:32 - 11 Noyabr 2023

Ukrayna vətəndaşı Antalyada pulunu oğurlayan azərbaycanlıları öldürdü - VİDEO

Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.

Manset.az Apa-ya istinadən xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb.

Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib.

Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az