"SpaceX", "Tesla" və X sosial şəbəkəsinin sahibi İlon Mask Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya dəstək nümayiş etdirib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
Amerikalı milyarder eyni zamanda prezident Vladimir Zelenskini Ukrayna əsgərlərinin həyatına dəyər verməməkdə ittiham edib:
"Düşünürəm ki, Zalujnı öz xalqının həyatını mütləq qiymətləndirir. Həqiqətən baş verənlərə ayıq nəzər salır. Zelenski uzun müddətdir ki, qəssab kimi öz reallığında yaşayır və bu, reallığa uyğun gəlmir".