"Twitter" kimi tanınan "X"də YENİLİK

18:02 - 15 Noyabr 2023

\"Twitter\" kimi tanınan \"X\"də YENİLİK

Elon Musk keçən il Twitter-i əldə etdikdən sonra platformada brend və loqosu da daxil olmaqla bir çox yeniliklər dib.

 

Manset.az “The Verge” saytəna istinadən  xəbər verir ki, Musk bu yaxınlarda öz işçilərinə platformanın vahid, hər şeyi əhatə edən tətbiqə çevrilmək prosesində olduğunu bildirib.

Hazırda X adlanan platformanın sahibi Mask X-in uğur qazanması üçün YouTube, LinkedIn, FaceTime, tanışlıq proqramları və bütün bank sektoru ilə rəqabət aparmaq istəyir.

Mətbuata açıq keçirilən daxili X toplantısında “Tanışma” funksiyasının platformaya gələcəyi açıqlanıb. Hər şeyi tək bir tətbiqə daxil etmək istəyən Musk, bu xüsusiyyəti ilə Tinder kimi tanışlıq proqramları ilə yarışmaq istəyir.

Nəhayət, LinkedIn ilə rəqabət aparmaq üçün platformada iş tapa biləcəyini açıqlayan Musk, tanışlıq xüsusiyyəti sayəsində uyğun gələn insanları istifadəçilərin yazılarına görə uyğunlaşdıra biləcək.

Xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi hələ bilinməsə də, tezliklə platformada istifadəyə veriləcəyi gözlənilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az