Aİ Komissiyası, Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində ABŞ-da yerləşən Amazon-a rəsmi məlumat sorğusu göndərildiyini açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, Amazondan istehlakçıların müdafiəsi, xüsusilə qeyri-qanuni məhsulların yayılması və əsas hüquqların qorunması üçün risk qiymətləndirmələri və görülən tədbirlər haqqında məlumat istəndiyi bildirilib.
Qeyd edilib ki, Amazon-un tələb olunan məlumatları dekabrın 6-dək komissiyaya təqdim etməli olduğu, Amazondan alınacaq cavaba görə növbəti addımın qiymətləndiriləcəyi bildirilib.
Rəsmi məlumat sorğusuna düzgün, natamam və ya çaşdırıcı cavab verilərsə, komissiya cərimə tətbiq edə bilər.
AB-nin Amazon-u “Çox Böyük Onlayn Platforma” olaraq təyin etdiyi xatırladılan açıqlamada şirkətin qeyri-qanuni və zərərli məzmuna qarşı sərt qaydalara riayət etməli olduğu vurğulanıb.
Avqust ayında qüvvəyə minən AB qanunu əsas rəqəmsal platformalara sərt qaydalar gətirib.
Avropa İttifaqı qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.
Jalə
Manşet.az