Rus neyrofizioloqları 1920-ci illərdə Leninin beynini tədqiq edən alman tədqiqatçısı Oscar Vogtun tapıntılarına etiraz ediblər.
Manset.az xəbər verir ki, Gazeta.ru-ya danışan Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin üzvü Aleksandr Kaplan deyib ki, Vogtun yaşadığı dövrdə beyin elmi indiki qədər inkişaf etməyib.
Vogt Leninin dahi olması iddiasını beyin qıvrımlarının çoxluğu və beyin qabığının ölçüsü ilə əsaslandırırdı. Kaplan, beyin qabığının böyük nisbətinin Leninin normaldan daha kiçik kəllə sümüyünün olması ilə əlaqədar olduğunu bildirir.
Kaplan, yalnız bu tapıntılara baxmaqla insanın zəkasına dair şərh vermənin mümkün olmadığını düşünür.
Aleksandr Kaplan Leninin beyninin orta beyin ağırlığından aşağı olan 1340 qram ağırlığında olduğunu da bildirir.
Vladimir Lenin 1924-cü ildə 54 yaşında vəfat edib.
Jalə
Manşet.az