2 bətni olan qadın eyni anda 2 ayrı körpəyə hamilə qaldı

15:52 - 17 Noyabr 2023

2 bətni olan qadın eyni anda 2 ayrı körpəyə hamilə qaldı

ABŞ-ın Alabama ştatında yaşayan 32 yaşlı Kelsi Hatçer adlı qadın doğuşdan iki uşaqlıq adlı nadir uşaqlıq anomaliyası ilə doğulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki bətnə sahib olan qadın eyni anda iki ayrı körpəyə hamilə qalıb.

Üç uşaq anası olan Hatcherin həkimi bu hadisənin milyonda bir ehtimal olduğunu söyləyib. 

Əvvəlki hamiləliklərində yalnız bir bətnində körpə daşıyan Hatçerin körpələrinin əkiz olub-olmayacağı ilə bağlı hələlik heç bir məlumat verilməyib. 

Vəziyyətini öyrəndikdən sonra Hatcher hamiləliyinin gedişatını paylaşmaq üçün şəxsi sosial media hesabı açıb və ianə kampaniyasına başlayıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az