Helikopter qəzaya uğradı: ölənlər var

22:14 - 17 Noyabr 2023

Helikopter qəzaya uğradı: ölənlər var

Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Manset.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olub. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az