Erməni jurnalisti öldürənə yeni İTTİHAM

21:27 - 19 Noyabr 2023

Erməni jurnalisti öldürənə yeni İTTİHAM

Türkiyənin erməni dilində fəaliyyət göstərən “Agos” qəzetinin baş redaktoru Hrant Dinki öldürən Ogün Samasta yeni ittiham irəli sürülüb.

 

Manset.az yerli mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl şərti azadlığa çıxan Samast “Silahlı terror təşkilatı adına cinayət törətmək”də ittiham edilib.

Onun 7 il 6 aydan 12 ilə qədər həbs cəzası istənilib.

19 yanvar 2007-ci ildə İstanbulda jurnalisti qətlə yetirən şəxsin yeni məhkəməsinin nə vaxt olacağı hələlik məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az