Bolqarıstan yollarında aparılan yoxlamalar zamanı təsadüfən yük maşınlarından birində qanunsuz əfqan miqrantlar aşkarlanıb.
Manşet.az xəbər verir ki, yük maşınında 50-dək əfqan qaçqın olub. Avtomobilin sürücüsü bildirib ki, naməlum şəxs ona Sofiyaya çatdırılacaq hər əfqan miqranta görə 150 lev (təxminən 75 avro) vəd edib.
Qeyd edək ki, hazırda Bolqarıstanda qaçqın düşərgələrinin üçdə biri doludur. Bu ölkədən miqrantların Avropa İttifaqı ölkələrinə getmək üçün tranzit kimi istifadə olunur.