İngiltərəli məşhur müğənni, "Delays" rok qrupunun solisti Qreq Gilbert vəfat edib.
Manşet.az xəbər verir ki, bağırsaq xərçəngindən əziyyət çəkən müğənni 44 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q.Gilbert 2001-ci ildə qurulan "Delays" qrupunun solisti idi. O, xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra həyatını şeir və sənətə həsr edib.