“İsrail münaqişə vasitəçisi Qətərlə olan fikir ayrılıqlarını hələlik bir kənara qoyub, lakin Qəzzadakı müharibə bitdikdən sonra hesablaşacağıq”.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu HƏMAS ilə müvəqqəti atəşkəs davam edərkən, İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İsrail ordusu radiosuna verdiyi müsahibəsində bildirib.
Nazirliyinin rəsmisi müsahibədə Qətərin "HƏMAS-ın fəaliyyətlərinə ev sahibliyi etmək və qanuniləşdirməklə bağlı hər mövzudakı rolu"na görə "hesablaşacağıq” deyib.
Əfsanə
Manşet.az