Tramp "Twitter"i məhkəməyə verdi

11:38 - 02 Oktyabr 2021

Tramp \"Twitter\"i məhkəməyə verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının müvəqqəti qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.

D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını bildirib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri bu ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az