Aİ-nin Ukraynaya maliyyə dəstəyi vermək çətinləşir - Kreml

18:20 - 04 Dekabr 2023

Aİ-nin Ukraynaya maliyyə dəstəyi vermək çətinləşir - Kreml

"Avropa İttifaqı (Aİ) üçün Ukraynaya maliyyə dəstəyi vermək çətinləşib."

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

Peskov “Financial Times” qəzetinin AB-də Ukraynaya maliyyə dəstəyi ilə bağlı fikir ayrılıqlarının olduğu barədə xəbərini dəyərləndirib.

Peskov, "Onların (avropalıların) Ukraynaya boş yerə pul verməsi getdikcə çətinləşir. Bizə gəlincə, xüsusi hərbi əməliyyat davam edəcək. İqtisadiyyatımız xüsusi hərbi əməliyyat şəraitinə uyğunlaşıb" deyib.

Çinin ABŞ döyüş gəmisinin Cənubi Çin dənizində ərazi sularını pozduğuna dair açıqlamasını dəyərləndirən Peskov bildirib ki,  hər hansı bir təxribatçı hərəkəti alqışlamır, o, qarşılıqlı hörmət və sabitliyi artıran addımları alqışlayır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az