Hindistanda güclü yağışlar nəticəsində 5 nəfər öldü

19:08 - 04 Dekabr 2023

Hindistanda güclü yağışlar nəticəsində 5 nəfər öldü

Hindistanın Tamil Nadu əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

 

Manset.az  “India Today”a istinadla xəbər verir ki, Çennai şəhərində polisdən verilən açıqlamada elektrik cərəyanı vurması, ağacların aşması kimi sellə əlaqədar hadisələrdə 5 nəfərin həyatını itirib.

Küçə və prospektlərin su altında qaldığı Çennai hava limanı da daşqın səbəbindən fəaliyyətini dayandırıb.

Şəhərdə park edilmiş avtomobilləri sürətlə axan sel suları aparıb, evlərində qalanlar isə qayıqlardan istifadə edən qruplar tərəfindən xilas edilib. Uçmuş yolda qalan şəxs kəndir vasitəsilə çıxarılıb.

Tamil Nadunun 4 rayonunda məktəblərdə təhsil 2 gün müddətinə dayandırılıb, iş yerləri və banklar da bağlanıb.

Hindistan meteoroloji xidmətinin verdiyi açıqlamaya görə, qasırğanın sabah səhər saatda saatda 110 kilometr sürətlə Andhra Pradeş əyaləti sahillərinə çatacağı gözlənilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az