Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısında iştirak etmək üçün Qətərə gedib.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Qətərin paytaxtı Dohada Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Qətər əmiri Əl Tani Ərdoğanı Lusail Sarayına gələrkən qarşılayıb. Türkiyə Prezidenti Ərdoğan və Əl Tani mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.
Əl Sani ilə fəxri qarovul dəstəsini ziyarət edən Ərdoğan əsgərləri salamlayıb. İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Al Tani başçılıq etdiyi nümayəndə heyətləri Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısına qatılıblar.
Qeyd edək ki, Mərasimdə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii sərvətlər naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Milli Müdafiə Naziri Yaşar Gülər, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Ticarət Naziri Ömər Bolat, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının İşlər müdiri Metin Kıratlı, Prezident Administrasiyasının rəhbəri Fahrettin Altun, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün, Dövlət Arxivinin sədri Uğur Ünal və Prezidentin baş müşaviri Akif Ambatay, Çağatay Kılıç da iştirak edib.
Jalə
Maşet.az