Ermənistan parlamenti Qarabağla bağlı təxribat xarakterli qanun layihəsini TƏSDİQLƏMƏDİ

20:04 - 04 Dekabr 2023

Ermənistan parlamenti Qarabağla bağlı təxribat xarakterli qanun layihəsini TƏSDİQLƏMƏDİ

Ermənistan parlamentinin komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib.

 

Manset.az yerli mətbuata istinadən xəbər verir ki, dəyişikliklər Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.

Layihəni parlamentin müvafiq komissiyasına “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.

Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az