Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada havanın temperaturu mənfi 50-dən aşağı düşüb. Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçüldüyü halda, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Milli Meteorologiya Xidməti açıqlama yayıb.
Açıqlamada, "dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir" deyilir..
Mütəxəssislər, külək və rütubəti nəzərə alaraq, Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə ərzində temperaturun daha da aşağı düşəcəyini bildiriblər.
Qeyd edək ki, Moskvada qarın qalınlığı 35 santimetrə çatıb.Güclü qar nəticəsində paytaxt Moskva ağa bürünsə də, bəzi yerlərdə qarın qalınlığı 35 santimetrə çatıb. Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.
Bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.
Jalə
Manşet.az