İsraildən vətəndaşlarına səyahət xəbərdarlığı - “Yəhudi simvollarını göstərməkdən çəkinin”

13:17 - 05 Dekabr 2023

İsraildən vətəndaşlarına səyahət xəbərdarlığı - “Yəhudi simvollarını göstərməkdən çəkinin”

Qəzzaya hücumlarını davam etdirən İsrail administrasiyası vətəndaşlarına zərurət olmadıqca xaricə səyahət etməmələri barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada antisemitizmin dünya miqyasında artdığı ifadə edilib.  İsrail İngiltərə, Fransa və Almaniya da daxil olmaqla Qərbi Avropanın bir çox ölkəsi üçün xəbərdarlıq səviyyəsini 2-yə yüksəldib.

Bundan əlavə, açıqlamada “nümayiş və etirazlardan uzaq durmaq, ayıq olmaq və ətrafda baş verənlərə diqqət yetirmək” tövsiyə edilib və israillilərdən “İsrail və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinmələri” istənilib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az