BMT Malidəki sülhməramlı missiya üzvlərinin minaya düşdüyünü açıqlayıb.
Manset.az yenisabah-a istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisə Əlcəzair sərhədi yaxınlığındakı Tesalit bölgəsində baş verib.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.