Putin G20 sammitində həbs oluna bilər - Kremldən ilk açıqlama

17:11 - 05 Dekabr 2023

Putin G20 sammitində həbs oluna bilər - Kremldən ilk açıqlama

Kremlin sözçüsü Dmitri Peskov, Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı Rusiya prezidenti Vladimir Putinin gələn il Braziliyada keçiriləcək G20 Liderlər Sammitinə necə qatılacağının hələ bəlli olmadığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov gündəmlə bağlı jurnalistlərə açıqlama verərkən G20 sammiti ilə bağlı “Hələ iş o nöqtəyə gəlməyib” deyib.

Peskov vurğulayıb ki, istənilən halda Rusiya bu və ya digər şəkildə forumda iştirakını davam etdirəcək.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanısa da, Rusiya prezidenti Vladimir Putini gələn il Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə dəvət edəcəyini bildirib. Lula da Silva daha sonra bəyan edib ki, Putinin sammitdə iştirak edəcəyi təqdirdə onun həbsi hökumətinin deyil, məhkəmə sisteminin səlahiyyətindədir.

Qeyd edək ki, Rusiya lideri Putin noyabrda Hindistanda keçirilən G20 liderlərinin onlayn sammitində iştirak edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az