İsrail ordusunun Livana hücumunda ilk dəfə....

18:42 - 05 Dekabr 2023

İsrail ordusunun Livana hücumunda ilk dəfə....

İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hücumda ilk dəfə bir Livan əsgəri həyatını itirib.

 

Manset.az Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki,  İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb.

Livan Ordusu X sosial media hesabında İsrailin hücumu nəticəsində əsgərlərindən birinin həlak olduğunu, 3-nün isə yaralandığını açıqlayıb.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar həyata keçirilir. Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Hizbullah Hərəkatı da bu gün verdiyi bəyanatda Livanın cənubundan İsrail sərhədində yerləşən 4 hərbi məntəqənin hədəf alındığını açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az