İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hücumda ilk dəfə bir Livan əsgəri həyatını itirib.
Manset.az Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb.
Livan Ordusu X sosial media hesabında İsrailin hücumu nəticəsində əsgərlərindən birinin həlak olduğunu, 3-nün isə yaralandığını açıqlayıb.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar həyata keçirilir. Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Hizbullah Hərəkatı da bu gün verdiyi bəyanatda Livanın cənubundan İsrail sərhədində yerləşən 4 hərbi məntəqənin hədəf alındığını açıqlayıb.
Jalə
Manşet.az