Türk Hava Yolları (THY) Avstraliyaya uçuşlarının tanıtımı üçün Hollivud ulduzu Margot Robbie ilə əməkdaşlıq etmək qərarına gəlib.
Manset.az Ekonomi-yə istinadən xəbər verir ki, THY İdarə Heyətinin sədri Ahmet Bolat Avstraliyaya uçuşları təşviq etmək üçün Hollivudun məşhur ulduzu Margot Robbie ilə əməkdaşlıq qərarı verildiyini açıqlayıb.
Bolat açıqlamasında, 15-25 mart 2024-cü il tarixləri arasında THY təyyarəsi Avstraliyaya uçacaq.
Ahmet Bolat , Avstraliyaya uçuş birləşdiriləcək. "Buradan Sinqapura getmək 10 saat, oradan isə Avstraliyaya getmək 7 saat sürəcək" deyib.
O, qeyd edib ki, avstraliyalı aktrisa Margot Robbie ilə görüşürüşüb. Bu əməkdaşlıq çərçivəsində Margot Robbie-nin Avstraliyaya uçuşlarından əvvəl Türkiyəyə səfəri və Göbeklitəpə kimi mühüm turizm bölgələrini ziyarət etməsi planlaşdırılır.
Qeyd edək ki, Margot Robbie 'Barbie' filmindəki son rolu ilə böyük rəğbət qazandı.
Jalə
Manşet.az